UEFA `Kopenhagen`in şikayətini rədd edib


21:37     17 Avqust 2017 yencag.az_2017-08-17_13-14-48-640x369.jpg

UEFA "Kopenhagen"in "Qarabağ"ın futbolçusu Maksim Medvedevlə bağlı etdiyi şikayətə baxıb.


Femida.az xəbər verir ki, etiraz məktubu əlavə əsaslandırma göstərilmədən rədd edilib.

Avropa futbol qurumu qərardan apellyasiyanın qeyri-mümkünlüyünü də diqqətə çatdırıb. Bu isə o deməkdir ki, Medvedev avqustun 23-də "Parken" stadionunda keçiriləcək cavab görüşündə də meydana çıxa biləcək.

Qeyd edək ki, "Kopenhagen" Bakıdakı görüşdə Maksim Medvedevin Pyer Benqtssonun sifətinə qəsdən zərbə endirdiyini iddia edərək, onun cəzalandırılmasını istəyirdi.

Femida.az

Açar sözlər:

Oxunub: 922